• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qar yağacaq - Proqnoz

Azərbaycana qar yağacaq - Proqnoz
21.03.2014 11:00
Bu gün Bakıda və Abşeron yarımadasındahava şəraitinin qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. “Qafqazinfo” xəbər verir ki, temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Bakıda və Abşeron yarımadasında martın 22-də axşamadək güclü küləkli hava şəraiti və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sonrakı iki gündə nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 8° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı var. Temperaturun gecə 3° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındasəhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında səhər duman, çiskin, günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol