Azərbaycanın bölgələrində mobil bank ofislərinin yaradılması təklif olunur

Pul köçürmələrinin sadələşdirilməsi Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı tərəfdaşlarla fəaliyyətinin prioritet istiqamətini təşkil edir. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının konsultantı Anna Proxorova çərşənbə günü Bakıda keçirilən "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlənin gücləndirilməsi" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq tənzimləyicilər pul köçürmələri üzrə qlobal standartlara uyğunluq üçün hələ də bu istiqamətdə müəyyən işlər görürlər.
"Azərpoçt" nümayəndəsi də öz növbəsində bildirib ki, demək olar ki, bütün poçt şöbələrinin - 1500-dən 1250-nin - maliyyə xidmətləri göstərmək üçün lisenziyası var.
"Pul köçürmələri ilə bağlı poçt şöbələrinə müraciətlər yüksək səviyyədə deyil, ucqar rayonlarda isə demək olar ki, sıfır səviyyəsindədir. Biz xidmətlərimizin genişləndirilməsi üzərində, o cümlədən alternativ pul köçürmələri üzrə işləyirik", - o deyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























