• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal RİH-də iş adamları ilə növbəti görüş keçirilib, şəhid ailələri və qazilərə sosial dəstək müzakirə edilib

Yasamal RİH-də iş adamları ilə növbəti görüş keçirilib, şəhid ailələri və qazilərə sosial dəstək müzakirə edilib
19.04.2023 12:07
Bu gün Yasamal Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən inşaat və maliyyə sektorunu təmsil edən iş adamları ilə görüş keçirilib.Görüşdə müxtəlif tikinti, bank və sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.Görüşün əvvəlində Ulu Öndər Heydər Əliyev və şəhid əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giris sözü ilə açan Yasamal Rayon İcra Hakmiyyətinin başısı Elşad Həsənov 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı azad edildiyini bildirdi.Qeyd olundu ki, cənab Prezidentin rəhbərliyi ilə qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar.

Vətən Müharibəsində xalqımız minlərlə şəhid verdi. Bu şəhidlərin 34 nəfəri Yasamal rayonunda qeydiyyatda olan sakinlərimizdir.Həmçinin Yasamal rayon qeydiyyatında olan 160-dən çox qazi var. Son 3 ildə Yasamal RİH bu ailələrə bütün mümkün  yardımı edib və bu gün də etməkdədir.

İcra başçısı qeyd etdi ki,Azərbaycan dövləti hər zaman özəl sahibkarlığı dəstəkləyib.Ən çətin anlarda hökümət biznesə dəstək olub. İcra başçısı bildirdi ki, bunun müqabilində biznes gərək öz sosial məsuliyyətini dərk etsin.Əhalinin həssas  sosial təbəqə nümayəndələri var və onlar xüsusi diqqət tələb edir. Bu mənada şəhid ailələri və qazilər ən prioritet təbəqədir. Bu gün onlara əl tutmaq dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.

Qeyd olundu ki, bu gün şəhid ailələri və qaziləri bir sıra problemlər, o cümlədən məşğulluq,mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ailə biznesinə dəstək, kredit ödənişi və digər məsələlər narahat edir.Bu baxımdan biznes öz sosial məsuliyyətini dərk edərək həssas təbəqə nümayəndələrinə dəstək olsa, bundan həm cəmiyyət, həm də biznes udar.

Daha sonra tədbir sual-cavab formatında öz işini davam etdirdi. İş adamları və sahibkarlar Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsünü tam bəyəndiklərini və həssas təbəqə nümayəndələrinə dəstək olmağa hazır olduqlarını bildirdilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol