• $
  • €
  • ₽
  • ₺
  • £

Bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
20.04.2023 18:51

Bakıda bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən  (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 30H saylı sahədə yerləşən "Sel” MMC-yə məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisədə çaytikanı yağının emalı zamanı günəbaxan yağından istifadə edilsə də, bu barədə məhsula dair texniki şərtdə və məhsulların qablaşdırılmasında heç bir məlumat öz əksini tapmayıb.

Aparılmış araşdırma zamanı çaytikanı yağının emalı zamanı heç bir çaytikanı meyvəsindən və çəyirdəyindən istifadə edilmədiyi, çaytikanı yağının tərkibindəki karatinoidin miqdarını günəbaxan yağına "Betakaratin” (maye halda) əlavə etməklə tənzimləndiyi və məhsula xas texnoloji proseslərin heç birindən istifadə edilmədiyi aşkarlanıb.

Müəssisədə emal olunan kosmetik məqsədlər üçün nəzərdə tutulmuş, sözügedən məhsullara dair təsdiq edilmiş texnoloji təlimatda daxilə qəbulu qadağan edilmiş "Sel” əmtəə nişanlı bitki yağlarının (badam, kokos, balqabaq, ud hindi, küncüt) qablaşdırılmasında qanunvericiliyə zidd olaraq "xaricə və daxilə qəbul” məlumatı, eyni zamanda, müxtəlif xəstəliklərin müalicəsində istifadə və məhsula dair dozalaşma qeyd edilib. Həmçinin "Sel” əmtəə nişanlı qarazirə yağı və "Seide” əmtəə nişanlı çaytikanı yağı məhsullarının istehsal və son istifadə tarixlərində uyğunsuzluqlar müəyyən olunub. Texniki şərtdə məhsulların yararlılıq müddəti 12 ay qeyd olunsa da, müəssisə tərəfindən yağlarda əsassız olaraq 3 il yararlılıq müddəti qeyd edilib.

Bitki yağlarının emalında istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər, məhsulların qablaşdırılmasında istifadə olunan şüşə qabların uyğunluq sertifikatı yoxlamaya təqdim olunmayıb. Müəssisədə havalandırma sistemi quraşdırılmayıb, dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanması həyata keçirilən bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı reallaşdırılan bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda müəssisədə emal edilmiş yağlardan laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol