Bərdədə silahlı insident olub, yaralanan var

Bərdədə silahlı insident baş verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
Elşad Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Ruhi Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
www.anews.az
























