Sosial şəbəkələrdə yayılan məlumatla bağlı Mərkəzi Bankdan - Açıqlama

Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, "Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir.
"Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























