• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 47% vətəndaşa icbari tibbi sığorta xidməti göstərilib

Ötən il 47% vətəndaşa icbari tibbi sığorta xidməti göstərilib
27.04.2023 14:33
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Bu barədə İcbari Tibbi Sığorta agentliyindən bildirilib. 
 
Bildirilib ki, həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib. 
 
"Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 44 136 303 olub və bu göstərici 2021-ci il ilə müqayisədə 92% artım deməkdir. Ötən il tibb müəssisələrinə 17 836 873 müraciət daxil olub. Müraciətlər üzrə tibbi xidmətlərin 84%-i ambulator, 16%-i isə stasionar şəkildə göstərilib. 2022-ci ildə dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayı 2021-ci il ilə müqayisədə 2 dəfə artaraq 354 260 təşkil edib", - qurumun açıqlamasında qeyd olunub. 
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
 
Gülnar Nazimqızı          

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol