• $
  • €
  • ₽
  • ₺
  • £

Su quyularımızın bərpası üçün bizdən pul tələb edirlər - ŞİKAYƏT/AÇIQLAMA

Su quyularımızın bərpası üçün bizdən pul tələb edirlər - ŞİKAYƏT/AÇIQLAMA
02.05.2023 16:08
Göygölün Quşqara kəndinə martdan bəri su verilmir. Bu barədə sakinlər anews.az-a açıqlamasında kənd sakinləri məlumat verib. 
 
Kənd sakini Ramal Nəzərov bildirir ki, dəfələrlə su idarəsinə müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib.
 
"Martdan bəri su üzünə həsrət qalmışıq. Kəndin bizim yaşadığımız hissəsi yeni salınıb. Ona görə buranın su tədarükü artezian quyuları vasitəsilə aparılır. Neçə vaxtdır ki, subartezian quyularının turbaları partlayıb. Su idarəsinə dəfələrlə bununla bağlı müraciət etmişik. Bizə deyiblər ki, yeni turba alınması üçün 2000 manat pul gətirin. Su idarəsi artezianın camaata verilməsini təmin etmək üçün bir nəfər məsul şəxs təyin edib. Həmin şəxs kənd sakinlərindən hər ay 3 manat su pulu yığır. O adama artezianın açarı verilir ki,  kənd camaatına su verilməsi üçün suya nəzarət etsin. Buna görə, ayda ona maaş verilir, üstəlik nasazlığı, başqa xərcləri olanda da su idarəsi o xərcləri həmin adama ödəyir. Amma buna baxmayaraq, hər hansı bir problem yarananda bu şəxs insanlardan pul yığır”, - kənd sakini bildirib.
 
Məsələ ilə əlaqədar "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC)-nin nümayəndəsi Dilqəm Şərifov anews.az-a bildirildi ki, deyilənlər həqiqətə uyğun deyil. 
 
"Əhalidən pul yığılması məsələsi tamamilə yalandır. Şər atırlar sadəcə. Subartezian quyusunun nasosu yığılıb hazırdır. Borunun alınması üçün sifariş verilib. Gələn kimi bu məsələ aradan qaldırılacaq", - qurum rəsmisi əlavə edib.
 
Eltac Nurullazadə
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol