Çənəsi qırılan qazinin son durumu açıqlanıb

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən "Report”un sorğusuna cavab olaraq bildirib ki, Namiq Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























