• $
  • €
  • ₽
  • ₺
  • £

İndi uşaqpulu məsələsinin qaldırılması etik deyil - Deputat

İndi uşaqpulu məsələsinin qaldırılması etik deyil - Deputat
02.06.2023 16:14
İndiki zamanda uşaqpulunun verilməsi ilə bağlı məsələnin əvvəlki səviyydə Milli Məclisdə qaldırılması etik deyil.  Bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Qarabağın məskunlaşdırılması üçün böyük vəsaitlər lazımdır.
 
"Mən və deputat həmkarlarım belə hesab edirik ki, minaların təmizlənməsinə küllü miqdarda vəsait lazımdır. Azərbaycan belə bir vəsait axtarışında olduğu zamanda uşaqlara da dövlətin pul ayırması düzgün olmaz. Belə bir təklif populizm adlandırıla bilər. Növbəti illərdə, Qarabağda əhali tam məskunlaşandan sonra uşaq pulu ilə bağlı məsələni gündəmə gətirəcəyik. Dövlətin əlində imkanları olacaqsa, uşaq pulunun verilməsi ilə bağlı qərar verəcək. Bunu mərhələ-mərhələ həyata keçirtmək olar”,- deputat vurğulayıb.

Razi Nurullayev uşaq pulu ilə bağlı məsələnin əvəllər parlamentdə daha intensiv şəkildə müzakirə olunduğunu vurğulayıb.

"Biz bunu Milli Məclisdə tez-tez qaldırırdıq və hökumət də artıq bu barədə açıqlamalar verib. Amma Qarabağ müharibəsindən və topaqlarımız işğaldan azad olunandan sonra bu problem arxa plana keçdi. Torpaqların yenidən bərpası və bir milyona yaxın qaçqın və köçkünün öz yurdlarına qaytarılması üçün Azərbaycana çox böyük pullar lazımdır. Bunu unutmayaq”,- o bildirib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol