• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna nəzarət edəcək - Əhmədov

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna nəzarət edəcək -  Əhmədov
07.06.2023 16:44
Sevda Zülfüqarova 7 ildir ki, 2016-cı ildə bağlanan  "Bank Standart"-da qalan əmanətini ala bilmir. Onun sözlərinə görə, bankda 10 min manatdan çox vəsaiti qalıb və ondan başqa daha 20 nəfər Zülfüqarova ilə eyni durumdadır. 

"Artıq 7 ildir ki, bankdakı əmanətlərimizi ala bilmirik. 10 mindən çox pulu qalanlar pullarını ala bilmir. Ömür boyu müəllim işləyənlər, təqaüdçilər, neft mədənlərində  çalışanlar, evini satıb pulunu qoyanlar, adi vətəndaşlar maaşlarından artırıb banka qoyublar, hansı ki, indi o pulları yenidən qazanmaq imkanları yoxdur. Aramızda borc pul alıb ürək əməliyyatı keçirən, vəfat edənlər də var. Biz hökümətdən pul, yardım yox, öz halal pulumuzu istəyirik. Şirnikləşdiriblər, aparıb pulumuzu banka qoymuşuq. İndi isə dalınca baxa-baxa qalmışıq. Adamlar kefdən pulunu banka qoymayıb. Qoymuşuq ki, sabah onunla dolana bilək. Bizim nümayəndəmiz Rauf Nəcəfov Milli Banka səlahiyyətli şəxşlərlə görüş üçün müraciət edib, lakin qəbula yazmayıblar. Sanki bu ölkənin vətəndaşları deyilik. Görünür  əvvəlcədən planlaşdırılıb ki, camaatdan alaq öz aramızda bölək ",- şikayətçi söyləyib.


Ekspert Əkrəm Həsənov bildirir ki, Sevda Zülfüqarova kimi əmanətçilərinin pulunun qaytarılmaması bu işlə bilavasitə məşğul olan Əmanətlərin Sığortalanması Fondunun işinə yetərincə məsuliyyətlə yanaşmamasıdır. 

"Əmanətlərin Sığortalanması Fondu faktiki bağlanan bankların idarəçisi olur. Ləğv prosesində fond bankların bütün əmlakının pula çevirməli, daşınan və daşınmaz əmlakını satmalı, verdiyi kreditləri  geri almalı və vətəndaşların, sahibkarların, şirkətlərin pullarını qaytarmalıdır.  Əmanətlərin Sığortalanması Fondu başqasının əmlakını idarə etdiyi üçün bunu şəffaf etməlidir. Lakin bəzən gizli satır, bəzən heç satmır, yeyintilərə yol verir, bəzi kreditləri tələb etmir və həmin pullar batır. Bu da fondun korrupsiya ilə məşğul olmasına ciddi şübhə yaradır. Son 10 ildə bağlanan bankların sahibkarların pulları bir qayda olaraq qayıtmır, ya da cüzi hissəsi qayıdır",  -  ekspert  bildirib. 

Həsənovun fikrincə, bankın ləğvi prosesinə həmin bankın kreditorlar komitəsi rəhbərlik etməlidir. Amma Azərbaycan qanunvericiliyində bu nəzərdə tutulmayıb. 

"Qanundakı boşluq var. Bütün sivil dünyada qayda var ki, ləğv prosesində olan bankın üzərində həmin bankın kreditorlar komitəsinin nəzarəti olmalıdır. Onlar Əmanətlərin Sığortalanması Fonduna nəzarət etməlidir ki, düzgün idarə olunsun, yeyinti, mənimsəmə olmasın. Bizim qanunda bu yoxdur, ona görə də, Əmanətlərin Sığortalanması Fondu istədiyini edir", - Əkrəm Həsənov vurğulayıb.

Deputat Vahid Əhmədov isə "Mərkəzi Bank haqqında" qanuna edilən dəyişikliklərdə artıq Mərkəzi Bankın Əmanətlərin Sığortalanması Fondu üzərində nəzarət mexanizmini həyata keçirəcəyi nəzərdə tutulub. 

"Biz "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edirik. Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fondu ilə əlaqədar nəzarət mexanizmini özü həyata keçirəcək. Bağlanmış bankların əmanətçılərinə əmanətlərin qaytarması, bankaların əşyalarının hərraca qoyulması və s. problemlər var. Həmin banklarla əlaqədar çoxlu şikayətlər var. Elə banklar var ki, bir neçə ildir bağlanıb və bu günə qədər insanlar əmanətlərini geri ala bilmirlər. Bank sahibləri öz məsələlərini həll edib sona çatıra bilmir. Ona görə mən belə hesab edirəm ki, indi qəbul olunan qərar müəyyən qədər Əmanətlərin Sığortalanması Fondunda nəzarət mexanizmini həyata keçirəcək. Yəni bu insanların depozitlərinin geri qaytarılmasına öz müsbət təsirini göstərəcək. Bu çox müsbət qanun dəyişikliyidir ", - deputat söyləyib.

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu 29 dekabr 2006-ci il tarixində ölkə parlamenti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 530 nömrəli Fərmanına əsasən 2007-ci ilin avqustun 12-də  əmanətlərin kompensasiya mexanizmi qüvvəyə minib. 

Xalidə Elşənqızı

www.anews.az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol