• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA beş ildə yoxlamalarının sayını açıqlayıb

AQTA beş ildə yoxlamalarının sayını açıqlayıb
07.06.2023 17:58
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son 5 ildə 9 027 yoxlama aparıb. Bu barədə qurumun 5 illik yubileyi ilə bağlı keçirilən tədbirdə məlumat verilib.

Məlumata görə, təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. 
 
İyunun 7-də "Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Belə ki, bundan sonra ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini AQTA təmin edəcək.

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol