• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət orqanlarının göstərdikləri xidmətlərin keyfiyyət və məmnunluğu öyrənilib

Dövlət orqanlarının göstərdikləri xidmətlərin keyfiyyət və məmnunluğu öyrənilib
12.06.2023 17:12
Sosial Tədqiqatlar Mərkəzinin dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin keyfiyyət və məmnunluğunu öyrənmək üçün keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin yarıdan bir qədər çoxu məmnun qaldıqlarını söyləyib.  Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" analitik hesabatında bildirilib.
 
"İctimai rəy sorğusundan əldə olunan ümumi, yəni bütün xidmətlər üzrə məcmu nəticəni nəzərdən keçirdikdə respondentlərin 51,3%-i xidmətin göstərilmə müddətindən çox məmnun olduğunu, 26,2%-i əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 3,5%-i əsasən məmnun olmadığını, 18,7%-i heç məmnun olmadığını ifadə edib. Respondentlərin 0,3%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib", - qurumun rəyində deyilir.
 
Sorğu çərçivəsində müsahibə götürmək üçün ölkə üzrə ümumilikdə 1908 nəfərə müraciət olunub. Onların 1518 nəfəri (76,6%-i) sorğuda iştirak etmək üçün razılıq verib, 390 nəfəri sorğudan imtina edib.
 
Sorğuda iştirak etməyə razılıq verən şəxslərin  (1518 nəfər)  29,6%-i *450 nəfər) "bu il ərzində dövlət orqanlarına (qurumlarına) hər hansı xidmətdən istifadə etmək üçün müraciət etmisinizmi?” sualına cavabında bildirib ki,  cari ildə dövlət orqanlarının (qurumlarının) xidmətlərindən istifadə etməyib.  70,4%-i (1068 nəfər) isə xidmət almaq üçün müraciət etdiyini bildirib.
 
Ali təhsilli respondentlərin 11,4%-i, orta təhsillilərin 21,4%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını ifadə edib.
 
Məşğulluq göstəriciləri üzrə nəzərdən keçirdikdə, dövlət sektorunda işləyənlərin 12,8%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 22,4%-i və işsiz respondentlərin 29,8%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını bildirib.
18-25 yaş qrupunda olan respondentlərin 43%-i, 36-45 yaş qrupunda olanların 51%-i, yaşı 66-dan yuxarı olanların 60%-i xidmətlərin göstərilmə müddətindən çox razı olduğunu qeyd edib.
 
Sorğu nəticələrinə əsasən, tibbi xidmətlərdən faydalanan respondentlərin 53,1%-i xidmətin göstərilmə müddətindən çox, 31%-i əsasən məmnun olub. Sorğu iştirakçılarının 5,2%-i əsasən məmnun olmadığını, 10,6%-i heç məmnun olmadığını ifadə edib.
 
İşaxtaranlara məşğulluq xidmətlərinin göstərilməsi üzrə respondentlərin 7,1%-i çox məmnun, 11,9%-i əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 7,1%-i əsasən məmnun olmadığını, 73,8%-i heç məmnun olmadığını ifadə edib.
 
Ünvanlı dövlət sosial yardımı üzrə xidmətlərin göstərilmə müddətindən bu xidmətə müraciət edən respondentlərin 17,5%-i çox, 17,5%-i əsasən məmnun olduğunu bildirib. Bu xidmətdən faydalananların 3,8%-i əsasən məmnun olmadığını, 61,3%-i heç məmnun olmadığını qeyd edib.
 
Respondentlər arasında dövlət sektorunda çalışanların ümumilikdə 73,3%-i, özəl sektorda çalışanların 72,0%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 62,2%-i, işsizlərin isə 41,1%-i xidmətlərin göstərilmə müddətindən razı olduğunu ifadə edib.

Eltac Nurullazadə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol