• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid övladları "Məzun günü"nü qeyd ediblər- FOTOLAR/VIDEO

Şəhid övladları "Məzun günü"nü qeyd ediblər- FOTOLAR/VIDEO
12.06.2023 20:36
"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının "Məzun günü" adlı tədbir keçirlib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında şəhid övladlarına hər cür qayğı və diqqətin vacib olduğunu vurğulayıb. "Bu il mənim övladım da daxil 30 dan artıq şəhid yadigarı olan şagird məzun olur. Mən onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar", - Sevinc Orucova bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə çıxışında şəhid övladlarının Azərbaycan xalqına və Vətənə əmanət olduqlarını söyləyib.
 
"Şəhid övladları bizə əmanətdir. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bu cür tədbirlərin keçirilməsinin vacibliyi qeyd edib və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov da şəhid övladlarına göstərilən diqqətin hər birimiz üçün mənəvi borc olduğunu bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıb.

"Dəmirörən Holdinqin” Bakı nümayəndəsi Elçin Əhmədov isə çıxışında qeyd edib ki, Azərbaycanda və Türkiyədə ali təhsil alacaq şəhid övladları xüsusi təqaüd proqramından yararlana biləcəklər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Bəstəkar-müğənni Sevinc Ağasıyeva (Sivva) məzunlar üçün vətənpərvərlik ruhunda bir neçə ifasını təqdim edib. Sənətçi sonda müəllifi olduğu məşhur "Əziz müəllimim" mahnısını məzun olan şəhid övladları ilə birgə oxuyub.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol