Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.
"Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Bakıda, Heydər Əliyev Mərkəzində keçirilir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ulu öndərin səhiyyə quruculuğuna diqqət və qayğısından bəhs edən film nümayiş olunub.
Simpozium dünyanın müxtəlif ölkələrində (Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan, Rumıniya və s.) fəaliyyət göstərən azərbaycanlı həkimləri bir araya gətirib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























