• $
  • €
  • ₽
  • ₺
  • £

Sığorta şirkətləri dəymiş zərəri niyə ödəmir? - Ekspertlərdən açıqlama

Sığorta şirkətləri dəymiş zərəri niyə ödəmir? - Ekspertlərdən açıqlama
02.08.2023 17:30
Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımlarında qəzaya düşən sürücü Anar Məmmədov avtomobilinə dəymiş ziyanı sığorta şirkətindən ala bilmir. Bu barədə zərərçəkmiş sürücü Anar Məmmədov anews.az-a bildirib.
 
O, deyir ki, sözügedən yolda hərəkətdə olarkən "VAZ 2107” markalı avtomobilin sürücüsü onun yoluna çıxaraq zəncirvari qəzaya səbəb olub və Qəza nəticəsində avtomobilinə 3200 manatdan çox zərər dəyib, lakin avtomobilin icbari sığortası olan "ATA” sığorta şirkəti zərəri 300 manatla dəyərləndirib.
  
"Mən bu məsələ ilə bağlı dövlət qurumlarına şikayət ərizəmi ünvanlamışam. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti avtomobilimə baxış keçirərək 3200 manat zərər müəyyən edib və bununla bağlı rəsmi şəkildə rəy də verib. Mərkəzi Banka etdiyim müraciət  əsasında da müstəqil ekspertiza təyin edilib. Onlar da zərərin 3200 manat olduğunu müəyyən ediblər. Lakin sığorta şirkəti dəymiş zərəri ödəməkdən boyun qaçırır. Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın ekspertizasının rəyinə məhəl qoymurlar. Deyirlər ki, biz sənə maksimum 300 manat pul verə bilərik”, - zərərçəkmiş sürücü bildirib.
 
Məsələ ilə bağlı adıçəkilən sığorta şirkəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı. 
  
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən bir qurum yoxdur.
 
"Azərbaycanda sığorta məsələlərində çox ciddi problemlər var. İcbari sığorta bürosu, Maliyyə Nazirliyi yanında Sığorta Bazarına Nəzarət idarəsi və Mərkəzi Bank belə artıq bunun öhdəsindən gələ bilmir. Bəzəndə görünür ki, özlərinə lazım olan situasiyaları qabağa çəkirlər və vətəndaş üçün olan önəmli məsələlər arxa planda qalır. Ötən il qəbul edilən qərarlarda iki mühüm dəyişiklik oldu. Bunlarda birində sığortanın məbləği artırıldı, hansı ki, bu, sığorta şirkətlərinin xeyrinədir. Amma sığorta ödənişi artmadı, halbuki artmalı idi. Neçə illərdir ki, 5 mindən artıq sığorta ödənişi olmur. Digər yeniliyə əsasən hər-hansı bir yol nəqliyyat hadisəsi baş verdikdə, sığorta ödənişini sürücü öz sığorta şirkətindən də ala bilər. Bu qərar da sığorta şirkətlərinin maraqlarına xidmət edən bir qərar idi. Şirkətlər qiymətləndirməni özlərinə sərf edən şəkildə aparırlar. Bazən görürük ki, qiymətləndirmədə ölüxana ehtiyat hissələri anlayışını daha çox önə çəkirlər. Yəni pulu daha az ödəmək üçün qiymətləri və detalları ölüxanada satılan ehtiyyat hissələrinin qiymətinə uyğunlaşdırırlar", - ekspert bildirib. 
 
Ekspert vurğulayır ki, aiddiyatı orqanlar vətəndaşa nə qədərə az pul versək yaxşı olar prinsipi ilə işləyir. 
 
"İndiyə qədər nə qədər vətəndaş narazılıq edir ki, mühərrikin həcmi aşağı olduğuna görə, sığorta şirkəti sığorta etməkdən imtina edir. Qanun bunu qadağan edir və həmin sığorta şirkəti cərimə olunmalıdır. Maliyyə Nazirliyi, Mərkəzi Bank, İcbari sığorta bu barədə heç bir tədbir görməyib. Vətəndaşlar elə problemlərlə qarşılaşanda, buna çarə tapa bilmirlər. Məhkəməyə müraciət etsələr də xeyri olmur. Çünki, sığorta şirkəti bilir ki, ona nəzarət edən bir qurum yoxdur və konkret olaraq bu sahə üzrə özbaşınalıqdır. Ümumiyyətlə sığorta sahəsində nəzarət mexanizmi düzgün qurulmayıb”, - ekspert deyib.
 
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə bildirir ki, sığorta şirkətlərinə ciddi şəkildə xəbərdarlıqlar edilməlidir.
 
"Qəza törətmiş avtomobillərin sığorta tərəfindən xərclərin ödənilməsi ilə bağlı son dövrlər problemlərin artdığını görürük. Bəzən, vətəndaş, sürücü qəza törətdiyi zaman sığortaya müraciət edir və müraciətdə ya onlar lazımi adekvat tədbirlər görmürlər, ya da tələb olunan, yəni avtomobilə dəyən ziyanın müqabilində ödəniş etməəkdən çəkinirlər. Təbii ki, burada onların maddi maraqları var. Çünki, sığorta müqaviləsində və onlara verilən sığorta şəhadətnaməsində göstərilən məbləğdən qat-qat aşağı olan məbləğlər təklif edirlər. Bu da əksər hallarda mübahisələrə gətirib çıxarır. Bu mübahisələrin həlli yolu sığorta şirkətlərinə ciddi xəbərdarlıq etmək, onlara verilən lisenziyaların alınacağı barədə onlara xəbərdarlıq etmək, hətta, bir neçəsindən bunu almaqla onlara cəza vermək olar. Vətəndaş sığorta pulunu ona görə ödəyir ki, ona dəymiş ziyan göstərilmiş məbləğ qədər ona ödənilsin. Onların irəli sürdüyü bəzi məqamlar var ki, yeni avtomobillərdə xərc daha çox olur. Normal icbari sığorta 5 min manata qədər avtomobilin sığortasını ödəməyə imkan verməlidir. Bu halda vətəndaşlar ekspertizadan aldığı rəyə əsaslanaraq vəkilinə müraciət etməlidir ki, sığortadan lazım olan məbləği əldə etmək hüququnu malik olsun. Bunun üçün də o məhkəməyə müraciət edərək sığorta şirkətini məhkəməyə verməlidir”, - ekspert bildirib.
 
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqının yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanılıb.
 
Zərərlərin birbaşa tənzimlənməsi isə həmin ilin noyabrın 1-dən etibarən həyata keçirilir. Qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqqı 4 əsas amil nəzərə alınaraq müəyyənləşir.
 

Eltac Nurullazadə
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol