• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarı aşkarlanıb

Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarı aşkarlanıb
04.08.2023 20:33
Bakıda qanunsuz fəaliyyət göstərən pendir anbarının fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Nəcbəddin İsmayıl oğluna məxsus anbarda yararsız pendir məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyə uyğun olaraq etiket və markalanması olmayan 220 kq saçaq pendir, 90 ədəd 250 qramlıq mozzarella pendiri, ümumi çəkisi 145 kq sosiska məhsulu, 350 kq pendir, 56 kq süzmə şor, istifadə müddəti bitmiş 7 ədəd 16 kiloqramlıq qatıq aşkarlanıb.

Həmçinin, məhsulların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin dolablar, sanitar məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə sahəsi və xüsusi geyimlərlə (saç toru, önlük, xalat, əlcək və s.) təmin edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı açıq zibil qutularında saxlanıldığı məlum olub. Sosiska məhsullarının müşayiətedici sənədləri və işçilərin dövri tibbi müayinədən keçmələrinə dair sənədlər yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol