• $
  • €
  • ₽
  • ₺
  • £

Diaspor təşkilatları və Koordinasiya şuraları bəyanat yayıb

Diaspor təşkilatları və Koordinasiya şuraları bəyanat yayıb
16.08.2023 18:20
Xarici ölkələrdə fəaliyyət göstərən 15 Koordinasiya Şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

"Report” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Errmənistanda revanşist əhval-ruhiyyəli qüvvələr və dünyadakı erməni diasporu bölgədə dayanıqlı sülhə nail olmaq məsələsini çətinləşdirir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbçisinin öldüyünü və yaralandığını bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.

Azərbaycanın yeganə tələbinin öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumaq olduğu və bu tələbin beynəlxalq hüquq normalarına tam uyğun gəldiyi, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma işləri aparan ölkəmizin münaqişədə və yeni iğtişaşlarda maraqlı olmadığı diqqətə çatdırılıb.
"Biz sülhü çox istəyirik – bu, bizim sarsılmaz mövqeyimiz olaraq qalmaqdadır”.

Diaspor təşkilatları beynəlxalq ictimaiyyəti iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə deyil, konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb. "Yalnız anlaşma, əməkdaşlıq və qarşılıqlı hörmət sayəsində regionumuzun çox ehtiyac duyduğu dayanıqlı sülhə nail olacağımıza ümid edə bilərik”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol