• $
  • €
  • ₽
  • ₺
  • £

160 nömrəli Klassik gimnaziyanın direktoru işə qaytarılıb? - Direktordan açıqlama

160 nömrəli Klassik gimnaziyanın direktoru işə qaytarılıb? - Direktordan açıqlama
29.08.2023 11:33
160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova işdən azad olunmasına baxmayaraq, yenidən vəzifəsini icra etməyə başlayıb. Bu barədə anews.az-a daxil olan məlumatda bildirilib. 
 
Onun direktor vəzifəsinin daha bir il uzadılması gözlənilir. 
 
Məktəbin direktoru Faina Ələkbərova anews.az-a açıqlamasında bildirib ki, onun müqaviləsinə yaşa görə xitam verilib. 
 
"Amma praktikada belə bir hal var ki, işə xitam verilsə də, müqavilə ilə işinə davam edə bilərəm. Mən hələ məktəbdən tam ayrılmamışam. Əgər qərar verilsə, müqavilə əsasında işimə davam edəcəyəm", - direktor söyləyib. 
 
Bundan əvvəl, Report agentliyi Faina Ələkbərovanın işdən azad olunması ilə bağlı xəbər yazıb. Bakı Təhsil İdarəsi onun işdən azad olunmasını təsdiq edib. 
 
Belə ki, Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) 21 iyul 2023-cü il tarixdə xitam verilib. 
 

 
Aytac Zeynalova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol