• $
  • €
  • ₽
  • ₺
  • £

Cəzaçəkmə müəssisəsində sağlam həyata dair maarifləndirmə layihəsi keçirilib

Cəzaçəkmə müəssisəsində sağlam həyata dair maarifləndirmə layihəsi keçirilib
03.09.2023 10:12
"Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Cəzaçəkmə müəssisələrində  İİV/QİÇS haqqında maariflədirmə və sağlam həyat tərzinin təbliği” Layihəsini həyata keçirir.
 
Layihə cəzaçəkmə müəssislərində olan  məhkumlar arasında İİV/QİÇS infeksiyaları haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli  şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir. 

Belə ki, İİV/QİÇS xəstəliyi dövrümüzün ən ciddi xəstəliklərindən biri sayılır. İnsanın immuniteti ilə əlaqəli olan "insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait yaranmışdır. Hazırda ümumilikdə ölkə üzrə 8395 nəfər İİV, 2481 nəfər QİÇS-li şəxs olaraq qeydiyyatdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur.
 
Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti instituları və dövlət qurumları əməkdaşlığı məqsədəmüvafiqdir. "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə  əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır.
 
Məhz  layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub.
 
Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilib.
 
Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilib.
 
Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol