• $
  • €
  • ₽
  • ₺
  • £

AYNA müntəzəm avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin tarixini açıqlayıb

AYNA müntəzəm avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin tarixini açıqlayıb
04.09.2023 20:32
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 və 18 avqustda müsabiqəyə təqdim etdiyi 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili, 169 və 108A nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə müsabiqələri sentyabr və oktyabr aylarında keçirəcək.

AYNA-dan bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

İddiaçıların təklifləri komissiya tərəfindən
- 33, 36, 168 və 169 nömrəli müntəzəm avtobus marşrutları, eləcə də Bakı-Şabran istiqamətində 5 Lot üzrə sentyabrın 26-da,
- 108A nömrəli müntəzəm avtobus marşrutu, Bakı-Şabran və Bakı-Siyəzən istiqamətlərində 6 Lot üzrə sentyabrın 29-da,
- Bakı-Siyəzən istiqamətində 5 Lot üzrə oktyabrın 3-də,
- Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu, eləcə də Bakı-Ağcabədi və Bakı-Siyəzən istiqamətlərində 5 Lot üzrə oktyabrın 6-da,
- Bakı-İmişli və Sumqayıt-Quba istiqamətlərində 5 Lot üzrə oktyabrın 10-da müsabiqə keçirilən zaman açıqlanacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol