• $
  • €
  • ₽
  • ₺
  • £

DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa edib

DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa edib
13.09.2023 09:56
Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.

 Report-un xəbərinə görə, həmin şəxslərdən biri Azərbaycan vətəndaşı Pərviz İsmayılovdur.

Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.

Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.

Kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.

Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol