Azərbaycandan xaricə kitab göndərmək çətin məsələdir - Sabir Rüstəmxanlı

Azərbaycandan xaricə kitab göndərmək üçün kitabın qiymətindən artıq poçt ödənişi etməlisən. Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
"Azərbaycandan xaricə kitab göndrmək son dərəcə çətin məsələdir. Kitabın qiymətindən artıq pul ödəməlisən ki, bunu edə biləsən. Rəqəmsal və Rabitə Nazirliyinə müraciət edərək, xahiş edirəm ki, bu məsələdə bir tənzimlə olsun", - deputat oktyabrın 2-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























