• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqabət Məcəlləsi ucuzluq yaratmayacaq - Millət vəkili

Rəqabət Məcəlləsi ucuzluq yaratmayacaq - Millət vəkili
02.10.2023 15:26
Rəqabət məcəlləsi idxal olunan mallar üzrə ucuzluq yaratmayacaq və vətəndaşlarımız da boşuna ümidlənməsinlər. Bunu deputat Razi Nurullayev deyib. 

"Rəqabət məcəlləsinin qəbul edilməsindən sonra bazarlarda ucuzlaşma olacaqmı? Azərbaycan bazarında başqa idxalçılara maneçilik törədib müəyyyən məhsulları ölkəmizə idxal edən vəzifəli şəxslər və onların himayə ediyi sahibkarlar vardı. Bu məsələ indi demək olar ki, aradan qaldırılıb, vergi və gömrükdə xeyli şəffaflıq yaranıb və idxalçılara münasibət müsbətə doğru dəyişib. Bu baxımdan Rəqabət məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm və vətəndaşlarımız da boşundan ümidlənməsinlər. Yox, yanlışlığım varsa, istərdim ki, bu barədə izahat verilsin. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik", - deputat bildirib. 
 
Nurullayev çıxışında bir sıra qurumların adını çəkərək onları inhisarçı adlanıdırıb. 

"Bu gün SOCAR, onun tərkibinə daxil olan Azəriqaz, üstə gəl Azərişıq, üstəgəl Azərenerji, üstəgəl AZAL hamısı təbii inhisarlardır. Bu təbii inhisarçıları dövlət tənzimləyir, bazarda da digər oyunçular yoxdur. Bu məcəllə onlarə necə təsir edəcək, bu anlaşılan deyil. Gözəl sözlər, bəlağətli cümlələr yazıla bilər, amma real həyatda onlar əksini tapmayacaq. Bu baxımdan hansı addımlar atılacaq? Ikinci, üçüncü hava şirkətlərimiz olacaqmı ki, AZAL ilə rəqabət aparsın? Yaxud yuxarıda adını çəkdiyim şirkətlərdən başqa da şirkətlər olacaqmı ki, onlar aralarında rəqabət aparsın ki, Rəqabət məcəlləsi də onları tənzimləsin? ", - deputat oktyabrın 2-də Milli Məclisin plenar iclasında çıxışı zamanı söyləyib. 
 
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
 
Gülnar Nazimqızı


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol