• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib
11.10.2023 13:56
Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinin üzvü olan "Nar” "Uniting Business Europe 2023” (UBE) tədbirində iştirak edib.

BMT Qlobal Sazişi və BMT Qlobal Sazişinin Gürcüstan Şəbəkəsi tərəfindən təşkil edilən UBE 2023 inkişafı qiymətləndirmək, problemləri müəyyən etmək və BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində qeyd olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində fəaliyyəti təşviq etmək üçün maraqlı tərəfləri bir araya toplayıb.

"Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Əziz Axundov "Nar”ın Sazişin prinsiplərinə sadiqliyini vurğulayaraq qeyd edib: "Nar DİM-lərə nail olmaq üçün qlobal səylərə töhfə verən "Uniting Business Europe 2023”-ün bir hissəsi olmaqdan qürur duyur. Bu istiqamətdəki məsuliyyətlərini tam olaraq anlayan bir telekommunikasiya şirkəti kimi biz bu məqsədləri biznes strategiyalarımıza və təcrübələrimizə fəal şəkildə inteqrasiya edirik".

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol