• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb

Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb
13.10.2023 16:30
2023-cü ildə Azərbaycanda 717 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.
 
Bildirilir ki, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

"Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olub", - məlumatda qeyd edilib.
 
2022-ci ildə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 749 nəfər qeydə alınıb.
 
Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 9 806 nəfər olub.
 
İİV infeksiyasının əsas risk qrupu gənclərdir.
 
Belə ki, Azərbaycanda İİV infeksiyasına yoluxanların 85 faizini 15-49 yaşlı insanlar təşkil edir.
 
Azərbaycanda səhiyyə ilə bağlı 12 dövlət proqramı qəbul olunub. Onlardan da biri İİV infeksiyası ilə bağlıdır.

Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol