• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2050-ci ilə qədər su təchizatı 23% azalacaq - PROQNOZ

Azərbaycanda 2050-ci ilə qədər su təchizatı 23% azalacaq - PROQNOZ
19.10.2023 16:24

Azərbaycanda 2050-ci ilə qədər su təchizatı 23 faiz azalacaq. Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"dəki hesabatında bildirilir.
 

Hesabatda BMT-nin son proqnozlarına istinad edilərək bildirilib ki, həmçinin 2040-ci ilə qədər Azərbaycan quraqlıqla üzləşəcək ilk 20 ölkə arasında yer alacaq. 


"Optimist ssenari üzrə Azərbaycanın su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaq", - nazirliyin hesabatında yazılıb. 


Notr Dam Qlobal Adaptasiya Təşəbbüsünün son hesabatına görə,  Azərbaycan dünya ölkələrinin iqlim dəyişikliyinə və digər qlobal çağırışlara qarşı həssaslığınıvə dayanıqlılığın artırılmasına yönəlmiş hazırlıq səviyyəsini qiymətləndirən qlobal indeksdə 185 ölkə arasında 65-ci yerdə qərarlaşıb. 
 
Təşkilatın qiymətləndirilməsində ölkədə adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağı və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlandığı açıqlanıb. 
 
Aygün Mirakif 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol