• $
  • €
  • ₽
  • ₺
  • £

Aidiyyatı qurumdan deputata: Su qablarının kefiyyətsizliyi ilə bağlı şikayət almamışıq

Aidiyyatı qurumdan deputata: Su qablarının kefiyyətsizliyi ilə bağlı şikayət almamışıq
20.10.2023 16:01
Mağazalarda uşaqlar üçün satılan su qabılarının kefiyyətsizliyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə hər hansı şikayət və müraciət daxil olmayıb. Bu barədə qurumundan anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 
 
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldığı hallarda sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlama keçirilə bilər.İstehlak bazarında insan sağlamlığına zərərli təsirləri olan uşaqların istifadəsi üçün nəzərdə tutulan keyfiyyətsiz su qablarının satılması ilə bağlı konkret faktlarla (həmin məhsulların satışını həyat keçirən ticarət obyektləri, malların adı və onun insan sağlamlığına zərərini təsdiq edən sübutlar) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunacağı halda, həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılacaq", - məlumatda qeyd olunub. 
 
Hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılıb.
 
Oktyabrın 19-da Milli Məclisin  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib ki, mağazalarda məktəblilər üçün çox kefiyyətsiz su qabıları satılır. Deputat təklif edib ki, aiddiyatı qurumlar bu istiqamətdə yoxlamalar aparmalıdır. 
 
Gülnar Nazimqızı 

 

 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol