• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar
05.11.2023 18:31
Dünyaşöhrətli dörd əsas səyyahlar şəbəkəsindən biri olan "NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər və Laçın rayonlarında olublar.

AZƏRTAC xəbər verir ki, əcnəbi səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə digər ərazilərimizin kimi Kəlbəcər və Laçında da törətdikləri vandalizmin izləri ilə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Kəlbəcərdə İstisuya baş çəkən səyyahlar bölgənin təbiətinə heyran qaldıqlarını ifadə ediblər. Onlar Kəlbəcərdə Ermənistan tərəfindən işğal dövründə dağıdılmış evlərə də baxış keçiriblər.

Kəlbəcərdən sonra Laçına səfər edən səyyahlara əvvəlcə tanınmış fotojurnalist Reza Deqatinin şəkillərindən ibarət sərgiyə baş çəkib, Laçın seyrangahından şəhərə tamaşa ediblər.
Onlara Laçında görülən bərpa-quruculuq işləri ilə barədə ətraflı məlumat verilib.

Sonra xarici səyyahların sualları cavablandırılıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels”, İsveçin "Club 100” klublarının geniş tərkibdə heyətləri ötən iki ildə Qarabağa və Şərqi Zəngəzura səkkiz dəfə səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, qalanları isə bu il reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycan dövlətinin bölgədə qısa müddətdə apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol