• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin həbsi ilə bağlı vəsatət təmin edilməyib

Jurnalistin həbsi ilə  bağlı vəsatət təmin edilməyib
04.12.2023 16:15
Bakı Apellyasiya məhkəməsi "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barədə verilən 3 aylıq həbs qəti imkan tədbiri ilə bağlı appelyasiya şikayətini təmin etməyib. Bu barədə onun vəkili  Bəhruz Bayramov jurnalistlərə açıqlamasında bildirib.

"Üç aylıq həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı şikayətimizə baxıldı. Verdiyimiz şikayət təmin edilmədi. Ümumiyyətlə bu maddə işlək bir maddə deyil. Azərbaycan Respublikası Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 500-ə qədər qanunsuz tikili var.  Çox nadir hallarda bu maddə ilə cinayət işi açılır və  həbslər olunur.  Statistikaya baxsaq, maksimum bu maddə ilə 1 və ya 2 nəfər həbs olunub. Bu da ondan irəli gəlir ki, həbs-qətimkan tədbirinin seçilməsinin əsası yoxdur",  - vəkil bildidirb. 
 
O, həmçinin əlavə edib ki, müdafiə etdiyi şəxsin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. 
 
"Orucov ilə biz keçən həftə görüşdük. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Səhhəti normaldır. Bu günkü çıxışinda da bildirdi ki, həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Həmin ərazidə bir ildən artıqdır ki, işlər görür. Ona əvvəlcədən xəbərdarlıq edə bilərdilər. Ofisində və evində olan axtarış onu deməyə  əsas verir ki, onu  jurnalistika fəaliyyəti ilə bağlı həbs ediblər",- vəkil vurğulayıb.

Əziz Orucova qarşı  Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb. 

O, noyabrın 27-də  saxlanılıb. 

 

Aytac Zeynalova
Aygün Mirakif


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol