• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı artırılacaq

Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı artırılacaq
26.12.2023 11:46
2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 75 minə çatması planlaşdırılır. Bunu Elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
 
Nazir müavini bildirib ki, Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin artdığı müşahidə edilir.

"Bunun üçün sistemli iş tələb olunur ki, bütün bu istiqamətdə atılan addımlar vahid olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə ali təhsilə qəbul 60 min nəfəri keçib. Biz bu sayın 2026-cı ildə 75 min nəfərə çatdırılmasını hədəfləmişik. Əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər addımlardan biri də özəl universitetlərin əcnəbi tələbələr üçün ayırdığı təqaüdlərdir. Bu cür addımlar sistemli olması təhsilimizin gələcəyi üçün daha səmərəli olacaq”, - nazir müavini vurğulayıb. 


Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər əcnəbi tələbə təhsil alıb.
 
2021-2022-ci tədris ilində ölkədə ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın, 2022-2023-cü tədris ili üzrə isə 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil təhsil alıb.

Aygün 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol