• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST Azərbaycanı malariyadan azad ölkə siyahısına salıb

ÜST Azərbaycanı malariyadan azad ölkə siyahısına salıb
26.12.2023 17:45
2023-cü il Azərbaycan malariyadan azad ölkə siyahısına daxil edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının başş direktoru Tedros Adhanom Qebreyesus deyib. 
 
"2023-cü il bir çox ölkələrdə xəstəliklərlə mübarizə ili elan olunub. Belə ki, Azərbaycan, Tacikistan və Beliz malyariyadan azad ölkələr elan edilib. Qanada yuxu xəstəliyi, Benin, Mali və İraqda traxoma, Banqladeş və Laosda limfatik filarioz da daxil olmaqla, bir çox ölkədə laqeyd tropik xəstəliklər (NTD) aradan qaldırılıb", - baş direktor ilin yekunlarına dair müraciətində bildirib. 
 
ÜST rəhbəri həmçinin COVID 19 fövqəlada halının sona çatmasının 2023-cü ilin dönüş nöqtəsi adlandırıb.  
 
Azərbaycanda xüsusi karantin rejimi 2024-cü il aprelin 2-ə qədər uzadılıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol