Aqrar Xidmətlər Agentliyi dezinfeksiya vasitələrinə 788 mindən çox pul xərcləyəcək

Aqrar Xidmətlər Agentliyi Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dezinfeksiya vasitələrinin və ləvazimatların alınması üçün 788.201,06 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi "HORIZON ENERGY GROUP" MMC-dir.
"HORIZON ENERGY GROUP" 2022-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır.
Şirkətin qanuni təmsilçisi Emin Seyidovdur.
gülnar
www.anews.az
























