• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ildən resept əsasında xaricdən şəxsi istifadə üçün maneəsiz dərman gətiriləcək

Bu ildən resept əsasında xaricdən şəxsi istifadə üçün maneəsiz dərman gətiriləcək
01.01.2024 13:28

Bu gündən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Bu, "Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Cəmiyyət 20:56
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:30
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol