Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb

Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10%-i qədər, ikinci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20%-i qədər, üçüncü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40%-i qədər olacaq.
Bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti də 30 gün artırılıb.
www.anews.az
























