Cəlilabadda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
www.anews.az
























