Bakıda vəkil özünü kollegiyanın yanında yandırdı

Vəkil Zaur Məmmədov intihar edib.
"Qafqazinfo”nun məlumatına görə, Zaur Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.
***
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb
www.anews.az
























