• $
  • €
  • ₽
  • ₺
  • £

Ayda 2 milyard adam WhatsApp-dan aktiv istifadə edir

Ayda 2 milyard adam WhatsApp-dan aktiv istifadə edir
07.01.2024 15:40
WhatsApp ayda 2 milyard aktiv istifadəçi sayına görə dünyanın ən populyar sosial şəbəkələrinin reytinqində (Top10) 3-cü yerdədir. Bu barədə Inclend məlumat yayıb.

Məlumata görə, ikinci yerdə 2,5 milyard aktiv istifadəçisi olan YouTube, birinci yerdə isə 3 milyard aktiv istifadəçisi olan Facebook qərarlaşıb.

Hər il orta hesabla WhatsApp istifadəçilərinin sayı təxminən 20% artır.

Eyni zamanda WhatsApp dünyada ən çox yüklənən proqramlar reytinqində 4-cü yerdədir. Belə ki, ayda 45 milyon dəfədən çox bu tətbiq yüklənir.

Hər ay dünya internet istifadəçilərinin 38,7%-i WhatsApp-dan istifadə edir. İstifadəçilərin 47%-ni qadın, 53%-ni kişilər təşkil edir. Əsas auditoriyası isə 25-34 yaş arası insanlardır.

Bununla yanaşı sosial şəbəkə istifadəçilərinin 16,6%-i WhatsApp-ı "sevimli sosial şəbəkə” hesab edir.

Datareportal-ın məlumatına görə, WhatsApp-dan dünya əhalisinin təxminən 24,8%-i istifadə edir.

Dünyanın ən populyar saytlarının reytinqində WhatsApp 10-cu yerdədir . Datareportal-ın məlumatına görə, whatsapp.com-a ayda 3 milyarddan çox ziyarət edilir.
 
"İKT bazarı iştirakçıları" İctimai Birliyinin araşdırmalarına görə, 2023-cü il Azərbaycanda ən çox istifadəçisi olan platforma youtube olub. İkinci yerdə isə Tiktok qərarlaşıb. Ölkədə ən çox yüklənən proqram isə Whatsapp olub.

Aygün Mirakif

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol