• $
  • €
  • ₽
  • ₺
  • £

Qeydiyyatı olmayan vətəndaşlar necə səs verəcək ? - AÇIQLAMA

Qeydiyyatı olmayan vətəndaşlar necə səs verəcək ? - AÇIQLAMA
08.01.2024 18:13
Yaşayış yeri ilə bağlı qeydiyyatı olmayan vətəndaşlar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün ASAN xidmət mərkəzlərinə müraciət edə və yaşadıqları ərazi üzrə qeydiyyata düşə bilərlər.  Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Elşad Hacıyev bildirib.  

"Yaşayış yeri ilə bağlı qeydiyyatda olmayan vətəndaşların qeydiyyat məsələlərinə baxılması ilə bağlı Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirilib ki, qeydiyyatda olmayan vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı Asan Xidmət mərkəzlərinə müraciət edə bilərlər. Onların müvafiq olaraq qeydiyyat məsələlərinə baxılacaq və qeydiyyata alınmaları təmin olunacaq. Hazırda qeydiyyat məsələləri həll olunur və qeydiyyatsız vətəndaş olmayacaq. Vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı Asan Xidmət mərkəzlərinə müraciət edə bilərlər", - Hacıyev deyib. 
 
Hazırda Azərbaycanda 17 nəfər  növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Onlardan üçünün namizədliyi  Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb. Bunlar hazırki Prezident  və hakim Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyev, Sosial tədqiqatlar Mərkəzinin sabiq sədri, millət vəkili Zahid Oruc,  Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayevdir. 
 
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımovun szlərinə görə, Azərbaycanda 6,3 milyondan çox seçici var.  
 
Sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.
 
Çiçək Sadatova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol