Bayram günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə sosial şəbəkələrdə və mətbuatda sürücülərə, eləcə də piyadalara edilən xəbərdarlıqlara baxmayaraq həmin günlərdə kobud qayda pozuntularına rast gəlinib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























