• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər
18.01.2024 17:26
Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb.

Azercell-in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlaşan və iştirak edən məktəblilərimiz növbəti dəfə uğurlu nəticələr əldə ediblər. 8-14 yanvar 2024-cü il tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautıkov olimpiadasında onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, olimpiadada dünyanın 16 ölkəsindən 700 məktəbli iştirak edib.

2017-ci ildən etibarən "Azercell Telekom”-un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Təhsil İnstitutu tərəfindən məktəblilərimizin beynəlxalq informatika fənni üzrə yarışlara hazırlıq prosesi təşkil olunur. Ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm müsabiqələrində uğurla təmsil edən olimpiadaçılarımız 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 58 medal əldə ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol