• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb-VİDEO

Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb-VİDEO
30.01.2024 12:11
Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlunun vəkilləri ilə telefon danışığına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı verilən vəsatət təmin olunmayıb. Bu barədə onun vəkili Zibeydə Sadıqova anews.az-a bildirib.
 
Vəkilin sözlərinə görə, Qubad müəllimin vəkilləri ilə əlaqə yaratmasına şərait yaratmırlar.
 
"O həm yazılı, həm şifahi müraciət edib rəhbərliyə. Amma icazə vermirlər. Qubad bəy iki dəfə istəyib zəng etsin, məhkəmələrdən soruşsun, istintaqlardan məlumat alsın, amma buna şərait yaradılmayıb. Bu məsələ ilə bağlı artıq bizim ikinci şikayətimizdir. Birinci dəfə verdiyimiz şikayət təmin olunmadı. Biz də ikinci dəfə yenidən məcbur olmuşuq ki, belə bir texniki məsələ ilə bağlı  məhkəməyə müraciət edək ki, vəkilinə zəng etməyə şərait yaradılsın. Bu gün Bakı istintaq təcridxanasından da nümayəndə gəlmişdi. O bildirdi ki, guya Qubad müəllim heç kəsə bununla bağlı müraciət etməyib. Əgər heç kəsə müraciət etməyibsə, o zaman biz niyə məhkəmədəyik ? Yəni şərait yaradılmayıb ki, biz məhkəmədəyik. Məhkəmədə Qubad bəy də danışdı. Dedi ki, neçə dəfə müraciət edib, kimə müraciət edib, haçan və hansı aralıqda müraciət edib. Məhkəmə müşavirəyə getdi və elan etdi ki bizim şikayətimizi təmin eləmir. Bundan sonra apellyasiya şikayəti verəcəyik. Qubad bəy bildirdi ki, onun qohumları onunla görüşmək istəyirlər, amma buna da şərait yaradılmır. Halbuki belə bir qadağa yoxdur. Yaxın qohumlar və ya maraq kəsb edən şəxslərlə Qubad bəy heç bir problem olmadan görüşməlidir",- vəkil əlavə edib.
 
Sadıqova vurğylayıb ki,Qubad bəy şəkər xəstəsi olduğu üçün İnsulin iynəsi vurulmalıdır.

"Qubad bəy şəkər xəstəsidir, inusulin iynəsi vurur. Gündə iki dəfə qidalanır baxmayaraq ki, üç dəfə qidalanmalıdır. Davamlı yürüyüş etməlidir, amma təəssüf o şərait də yoxdur. Bel ağrıları var. Yəni səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur",- vəkil bildirib.

Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 

 
Çiçək Sadatova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol