• $
  • €
  • ₽
  • ₺
  • £

"Abzas media" fəaliyyətini Berlində davam etdirəcək

"Abzas media" fəaliyyətini Berlində davam etdirəcək
02.02.2024 16:08
"Abzas Media" bundan sonrakı fəaliyyətini Berlində davam etdirəcək.  Bu barədə Turan-a baş redaktor Leyla Mustafayeva bildirib. 

"Biz "ehtiyatlı jurnalistika" ilə məşğul olmaq istəmirik. Nəşrlər Azərbaycanda bağlanan saytımızda yerləşdiriləcək. Berlində iş artıq yoluna qoyulub. Biz müxtəlif ölkələrdəki əməkdaşlarımızla birlikdə məsafədən fəaliyyəti davam etdirəcəyik", Mustafayeva qeyd edib.
 
2023-cü ilin noyabrın 20-i "Abzas Media"nın direktoru Ülvi Həsənli saxlanılıb və onun ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul aşkarlanan Ülvi Həsənli Cinayət Məcəlləsinin 206.3.2 maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə xarici valyutada qaçaq yolu ilə pul keçirtmə) ilə ittiham olunaraq noyabrın 21-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra, noyabrın 21-i "Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova da (Vaqifqızı)  eyni maddə ilə ittiham irəli sürülüb və 3 ay 29 gün müddətinə həbs olunub.
 
Onların ardınca noyabrın 24-ü "Abzas Media”-nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov saxlanılaraq eyni maddə ilə ittiham olunub və barəsində  3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
 
Eyni zamanda  "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova və Elnarə Qasımova da həmin maddə ilə ittiham edilərək həbs olunub.
 
Gülnar 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Cəmiyyət 20:56
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:30
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol