• $
  • €
  • ₽
  • ₺
  • £

DSMF investisiya üçün yatırılan məbləğin həcmini açıqlayıb

DSMF investisiya üçün yatırılan məbləğin həcmini açıqlayıb
02.02.2024 17:04
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ilin əvvəlinə formalaşmış sərbəst vəsaitinin 1 milyard 50 milyon manatı investisiyaya ayrılıb. Bu barədə qurumun açıqlamasında deyilib. 
 
"Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir. Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur", - məlumatda deyilir. 
 
Milli Məclis 2023-cü il "Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi ilə bağlı qanunu təsdiq edib. 
 
2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 677 milyon manat, xərcləri isə xərcləri 16% artaraq 6 milyard 81 milyon manata çatıb. 
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Cəmiyyət 20:56
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:30
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol