• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb

Sumqayıtda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi yaradılıb
09.03.2024 13:26

Sumqayıt şəhərində Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb.Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
 
Mərkəzdə həssas sosial qruplara aid şəxslərə ilkin mərhələdə dərzi peşəsi üzrə peşə bilikləri öyrədiləcək, eyni zamanda tekstil məhsulları istehsal olunacaq. Əmək bazarının tələblərinə uyğun olaraq mərkəzdə tədris olunacaq peşələrin sayının artırılması nəzərdə tutulur.

Mərkəz KOBİA, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, "Azərsu” ASC, "Azərmaş” ASC, Bakı Mühəndislik Universiteti, "Ekvita”, Bakı Tekstil Fabriki və "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin dəstəyi ilə yaradılıb.

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin dərzi peşəsi üzrə biliklərə yiyələnmələri üçün mərkəzdə lazımi şərait yaradılıb, müvafiq avadanlıqlarla təmin edilib. Mərkəzdə peşə biliklərinə yiyələnən şəxslərə mikro biznesə başlamaq üçün təlim, məsləhət və mentor dəstəyi də göstəriləcək. Peşə və biznes təlimlərini uğurla başa vuracaq sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər sonrakı mərhələdə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmələri üçün aidiyyəti qurumlarla əlaqələndiriləcək. Həmçinin, layihənin tərəfdaşları tərəfindən iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Peşə təlimlərini uğurla başa vuran şəxslərin həmçinin mərkəzdə işləmək imkanı da var.

Sumqayıt şəhərində yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi sayca ikincidir. Bundan əvvəl müvafiq mərkəz Masallıda yaradılıb və uğurla fəaliyyətini davam etdirir. Mərkəzlərin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olmaqdır. Ölkənin digər şəhər və rayonlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol