Büdcədən mədəniyyət sahəsinə ayrılan vəsait azdır - Deputat

Hər bir rayonda mədəniyyət ocaqlarının yaradılmasına ehtiyac var. Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.
"2023-cü il dövlət büdəcsindən mədəniyyət sahəsinə 454 milyon vəsait ayrılıb. Bu da mədəniyyət sahəsində ciddi dönüş yaratması üçün imkan vermir. Hər bir bölgədə mədəniyyət ocağı olmalıdır. Bunun üçün büdcədən ayrılan vəsaitin ayrılması yaxşı olar", - deputat martın1 5-də Milli Məclisdə Nazirlət Kabinetinin 2023-cü il hesabatı haqqında məsələyə münasibət bildirərkən söyləyib.
Deputat həmçinin işsizlik, əlillik təyinatı və təhsilldə olan problemlərin də diqqətdə saxlanılmasının vacibliyini söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























