• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda universitet tələbəsi qızılcadan ölüb

Azərbaycanda universitet tələbəsi qızılcadan ölüb
01.04.2024 15:08
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının III kurs tələbəsi qızılcadan vəfat edib. Bu barədə Universitetdən bildirilib. 
 
Akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin "Məşqçilik" ixtisasının III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan vəfat edib. 
 
2023-cü il dünyada qızılcadan 306,000-dən çox hadisə qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.  
 
ÜST-ün açıqlamasında qeyd olunur ki, ilin sonuna qədər bütün ölkələrin yarıdan çoxu qızılca xəstəliyinə yoluxma riski var. Təxminən dünyada 142 milyon uşağın bu virusa yoluxması ehtimal edilir. 
 
Təşkilatın açıqlamasında qızılcadan ölən bütün uşaqların 92 faizi dünya əhalisinin dörddə birindən az hissəsi arasında, əsasən də çox aşağı gəlirli ölkələrdə yaşadığı deyilir. 
 
2023-cü ilin statistikasına görə, Azərbaycanda qızılcaya yoluxanların sayı 1493 nəfər olub. 
 
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Gülnar 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol