• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov Kibertəhlükəsizlik və Rabitə mərkəzinin açılışında iştirak edib

Kəmaləddin Heydərov Kibertəhlükəsizlik və Rabitə mərkəzinin açılışında iştirak edib
04.04.2024 22:42
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.

"Qafqazinfo” xəbər verir ki, açılış tədbirində baş idarənin rəisi Elçin İbrahimov mərkəzlər haqqında geniş məlumat verib.
O, bildirib ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzləri qabaqcıl təcrübələrə əsaslanmaqla qurulub.

Kibertəhlükəsizlik əməliyyatları mərkəzində Fövqəladə Hallar Nazirliyinin informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq. Mərkəz daxilində bu prosesin icrası iki mexanizmdə paralel şəkildə həyata keçiriləcək. Hücum mexanizmində təcrübəli mütəxəssislər tərəfindən informasiya texnologiyaları infrastrukturuna hücum simulyasiyaları təşkil olunur. Hücum simulyasiyası nəticəsində sızma və ya müdaxilə cəhdləri uğurlu olarsa, bu barədə müvafiq hesabatlar tərtib edilir və aşkarlanmış təhlükəsizlik boşluqları haqqında qabaqlayıcı tədbirlər görülməsi üçün müvafiq şöbələr təlimatlandırılır. Müdafiə mexanizmində isə xarici və daxili şəbəkə sorğuları, həmçinin informasiya texnologiyaları infrastrukturundakı hər bir texnoloji proses vahid mərkəzdən monitorinq olunur. Bu zaman hər bir insident xəbərdarlığı əsasında yaranan təhlükənin qarşısı operativ şəkildə alınır və başvermə səbəbi araşdırılaraq müvafiq qabaqlayıcı silsilə tədbirlər təşkil olunur.

Rabitə mərkəzində monitorinq sistemləri vasitəsilə telekommunikasiya şəbəkəsi, Nazirliyin struktur bölmələrində, həmçinin yerli telekommunikasiya qovşaqlarında quraşdırılmış şəbəkə və rabitə avadanlıqları real vaxt rejimində monitorinq olunacaq. Monitorinq sistemlərinin köməyi ilə avadanlıqlarda yaranmış problemlər haqqında real vaxt rejimində xəbərdarlıq və operativ müdaxilə mexanizmi tətbiq ediləcək. Rabitə mərkəzində ən müasir texnoloji təchizata malik rabitə avadanlıqlarının təmiri laboratoriyası da fəaliyyət göstərəcək. Burada qabaqcıl təcrübələrə yiyələnmiş mütəxəssislər tərəfindən nasaz rabitə vasitələrinin diaqnostikası aparılacaq və təmir işləri həyata keçiriləcək. Həmçinin, Rabitə mərkəzində Nazirliyin daxili telefon şəbəkəsi, Elektron Avtomat Telefon Stansiyası (EATS) və telekkommunikasiya şəbəkələri avadanlıqlarına nəzarət və xidmət göstəriləcək.

Nazir Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib və bunu Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılmasına göstərdiyi diqqət və qayğının növbəti nümunəsi adlandırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol