• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı texnikalarının 40%-i subsidiyalaşdırılır - Nazirlik rəsmisi

Kənd təsərrüfatı texnikalarının 40%-i subsidiyalaşdırılır - Nazirlik rəsmisi
14.05.2024 11:42
Azərbaycanda kənd təsərrüfatı texnikalarının 40%-i subsidiyalaşadırılır. Bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. 

O vurğulayıb ki, subsidiyalaşdırma eyni zamanda İtaliyadan gələn texnikalara da aiddir. 

"İtaliyanın Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında aktiv iştirak etmələri çox yaxşı göstəricidir. Bizim üçün İtaliyanın müasir texnologiyalarından istifadə etmək çox yaxşıdır. İdxal göstəriciləri göstərir ki, son 5 ildə daha çox Avropa texnikaları idxal edilib ki, bunlar içərisində İtaliya xüsusi yer tutur", - Fikrətzadə Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib.
 
O həmçinin bildirib ki, Avropadan idxal olunan cins malların 60%-i də dövlət tərəfindən subsidiyalaşadırılır ki, bu addım heyvandarlığın inkişafı üçün nəzərdə tutulub. 

Fikrədzadənin sözlərinə görə, subsidiyalaşdırılan texnikaları sırasına soyuducu anbar avadanlıqları, quşçuluq fermalarının avadanlıqları, torpaq su sensorları, dronlar və s. aiddir. 

Onun sözlərinə görə, Yaşıl texnologiyalar hansı ki, yaşıl inkişafa dəstək verir bunun kənd təsərrüfatında daha çox təşkil olunmasını planlaşdırılır.

 
Aygün Mirakif 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol