Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub. Bu barədə Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Xudiyev Rəşad Xəlil oğlu Naxçıvan təhsil nazirinin müavini təyin edilib.
Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.
www.anews.az